manera.az
manera.az

Ölkəmiz beynəlxalq festivalda iki filmlə təmsil olunacaq

📅 08.10.2024 06:57

Ölkəmiz beynəlxalq festivalda iki filmlə təmsil olunacaq
Oktyabrın 18-dən 27-dək Rusiyanın Sankt-Peterburq şəhərində 34-cü “Bəşəriyyətə ismarış” Beynəlxalq Kinofestivalı keçiriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqından MANERA.AZ-a bildirilib ki, festivalda ölkəmiz iki filmlə təmsil olunacaq.

Gənc rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” bədii filmi festivalın “Qısametrajlı bədii filmlər” müsabiqəsində iştirak edəcək. Filmdə hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir. Filmi 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” pitçinqinin qaliblərindən biridir. “Azərbaycanfilm” kinostudiyası və “Nərimanfilm” şirkətinin dəstəyi ilə “Mozalan” studiyasında çəkilmiş filmin dünya premyerası bu ilin əvvəlində Finlandiyanın Tampere şəhərində keçirilən beynəlxalq kinofestivalın Cənubi Qafqaza həsr olunmuş xüsusi proqramı çərçivəsində reallaşıb.

Rejissor İqor Smolanın “Keçmiş.POV” filmi isə “Bəşəriyyətə ismarış” Beynəlxalq Kinofestivalının “Qısametrajlı sənədli filmlər” bölməsində iştirak edəcək. Film, Azərbaycanla Sinqapurun müştərək istehsalıdır.

Qeyd edək ki, “Bəşəriyyətə ismarış” Beynəlxalq Kinofestivalı festivalın hazırkı fəxri prezidenti Mixail Litvyakov tərəfindən təsis olunub. 2010-cu ildən etibarən festivala Rusiyanın Xalq artisti Aleksey Uçitel rəhbərlik edir.


Baxış sayı - 358 | Yüklənmə tarixi: 08.10.2024 06:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031