manera.az
manera.az

Gənc rejissorumuzun filmi Batumidə nümayiş olunub

Gənc rejissorumuzun filmi Batumidə nümayiş olunub
Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə XVI Batumi Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF 2021) davam edir.

Azərbaycanın Batumidəki Baş Konsulluğundan Manera.az-a bildiriblər ki, festivalda 30 ölkədən 70-ə yaxın bədii və sənədli tammetrajlı və qısametrajlı filmlər nümayiş etdirilir.

Sentyabrın 23-də azərbaycanlı gənc rejissor Azər Quliyevin “Təngnəfəs” bədii filmi nümayiş olunub.

Bildirilib ki, 2021-ci ildə istehsal olunan 15 dəqiqəlik “Təngnəfəs" filminin rejissoru və ssenari müəllifi Azər Quliyevdir.

A.Quliyev pandemiya səbəbindən filmin nümayişində iştirak etməyib.

Filmdə baş rolları Şala Alıqızı, Azər Aydəmir və Nicat Kazımov ifa edirlər.

Filmdə insanların həyatından bəhs olunur. Film maraqla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq tədbir Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Batumi meriyası, Milli Kino Mərkəzi, Acarıstanın Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə reallaşıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930