manera.az
manera.az

Ölkəmiz Asiyanın ən böyük film festivalında

Ölkəmiz Asiyanın ən böyük film festivalında
Cənubi Koreyanın Busan şəhərində 26-cı Beynəlxalq film festivalı (Busan İnternational Film Festival) işə başlayıb.

Manera.az xəbər verir ki, oktyabrın 15-dək davam edəcək festival günlərində Cənubi Koreyanın ikinci böyük şəhərinin 6 kinoteatrında 70 ölkədən 223 film təqdim olunacaq. Kinosevərlər festivala təqdim olunmuş qısametrajlı filmləri isə yutub və “Naver” (Cənubi Koreyanın ən iri internet portalı və axtarış sistemi) platformalarında seyr edə biləcəklər.

Bakı Media Mərkəzi, "Butafilm", "Arizona Productions" (Fransa) və "Salarfilm"in (Almaniya) birgə istehsalı olan "Suğra və oğulları" bədii filmi A kateqoriyalı Pusan beynəlxalq film festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin filmi festivalın "Kim Jiseok" adına əsas mükafatı uğrunda yarışacaq 7 filmdən biridir.

Filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film oktyabrın 8-də, 10-da və 14-də Pusanın müxtəlif kinoteatrlarında nümayiş olunacaq.

Filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, ucqar kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film Busan şəhərinin müxtəlif kinoteatrlarında nümayiş olunacaq.

Qeyd edək ki, Busan Beynəlxalq Film Festivalı Cənub-Şərqi Asiyanın ən böyük kino tədbiri hesab olunur. Festival 1996-cı ildən keçirilir.

Ölkəmiz Asiyanın ən böyük film festivalındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031