manera.az
manera.az

Beynəlxalq kino festivalında ölkəmiz də təmsil olunacaq

📅 11.09.2021 17:35

Beynəlxalq kino festivalında ölkəmiz də təmsil olunacaq
Sentyabrın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq “Uşaqlar üçün kino” festivalı keçiriləcək.

Manera.az xəbər verir ki, Azərbaycan filmi “Qırmızı” festivalda nümayiş olunacaq.

Filmin rejissoru Tahir Tahiroviç, ssenari müəllifi kinoşünas Sevda Sultanovadır.

Film ucqar dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan məktəbli qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabı geyinməkdir.

Norveç, İsveç, İtaliya, Koreya kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan, Belarus və Ermənistan kinosu da təmsil olunacaq.


Baxış sayı - 459 | Yüklənmə tarixi: 11.09.2021 17:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930