manera.az
manera.az

Yuğ Teatrı Tallində

📅 24.09.2024 12:26

Yuğ Teatrı Tallində
Azərbaycan Dövlət YUĞ Teatrının oktyabr ayının 29-u Estoniyanın Tallin şəhərinə qastrol səfəri baş tutacaq.

MANERA.AZ xəbər verir ki, teatrın qastrol səfəri çərçivəsində 31 oktyabr tarixində Estoniyanın Vene Kultuurikeskus teatrında Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında rejissor Əbdülqəni Əliyevin quruluşunda “Asılqan” tamaşası nümayiş olunacaq.

Səhnə əsərində aktyorlar Elşən Əsgərov və Ləman Mərrih iştirak edir. “Asılqan” tamaşasında səhnələşdirmənin müəllifi Lalə Əliyeva, quruluşçu rəssam Əfşan Əsədova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

Qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin, Haridus Akademia Karjaar (Karyera Təhsil Akademiyası) və Miristina Oü (Teatr və konsert şəbəkəsi) qurumlarının dəstəyi ilə baş tutacaq.


Baxış sayı - 287 | Yüklənmə tarixi: 24.09.2024 12:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031