manera.az
manera.az

Yeni teatr mövsümündə hansı premyeralar olacaq? - Repertuar

📅 07.09.2023 13:08

Yeni teatr mövsümündə hansı premyeralar olacaq? - Repertuar
Yeni teatr mövsümünə sayılı günlər qalıb…

MANERA.AZ teatrların yeni mövsümdəki premyeralarını təqdim edir:

Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni mövsüm sentyabrın 15-də “Qarabağnamə” tamaşası ilə açılacaq. Yeni mövsümdə üç tamaşa təqdim olunacaq. Bunlar Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır. Səhnə əsərlərinin premyeralarının 2023-cü ilin sentyabr-dekabr aylarında olacağı planlaşdırılır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mövsümü sentyabrın 15-də ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tamaşa ilə açacaq. Nəzərdə tutulan ilk premyera isə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının motivləri əsasında hazırlanmış tamaşadır.

S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı isə yeni mövsümə sentyabrın 16-da “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası ilə başlayacaq. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış tamaşanın premyerası gözlənilir.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni mövsümünə sentyabrın 15-də - Bilik Günündə start verəcək. Həmin gün balacalar teatrın yepyeni səhnə nümunəsini – “Melisa” adlı maraqlı tamaşanı izləyəcəklər. İlin sonunadək daha iki tamaşa hazırlanacaq.

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü sentyabrın 24-də Anarın “Asılqan” tamaşası ilə açacaq. Həmçinin Florian Zellerin “Ata”, Toyğun Orbayın “21:15 qatarı”, Koki Mitaninin “Gülüş Akademiyası” və İlqmar Vilkvistin “Qelverin gecəsi” əsərləri əsasında hazırlanacaq tamaşaların premyeraları olacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü qastrol səfəri ilə açacaq. Belə ki, sentyabrın 20-də Qusar Ləzgi Dram Teatrında "Qırmızı papaq" tamaşası nümayiş etdiriləcək. Bakıda isə sentyabrın 23-ü saat 12:00-da "Mauqli", 19:00-da isə "Balaca kişilər" tamaşaları təqdim olunacaq.

qafqazinfo.az


Baxış sayı - 391 | Yüklənmə tarixi: 07.09.2023 13:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031