manera.az
manera.az

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir

📅 06.08.2024 12:00

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir.

Elm və Təhsil Nazirliyindən MANERA.AZ-a verilən məlumata görə, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir.

Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər.

Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir


Baxış sayı - 743 | Yüklənmə tarixi: 06.08.2024 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930