manera.az
manera.az

Qarabağ Universitetiylə bağlı son məlumatlar... - Nazir açıqladı

Qarabağ Universitetiylə bağlı son məlumatlar...  - Nazir açıqladı
"Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır."

Manera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə söyləyib. Nazir bildirib ki, universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq.

Tələbə qəbulu ilkin plana əsasən birinci kurs üzrə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları, ikinci kurs üzrə Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarına müsabiqə əsasında, ikinci və üçüncü kurs üzrə isə mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları ilə həyata keçiriləcək.

Emin Əmrullayev bildirib ki, Qarabağ Universiteti ilə bağlı həm Azərbaycanda olan, həm də Azərbaycandan kənarda yaşayan peşəkar alim və mütəxəssislər nazirliyə müraciət ediblər.

***
Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır.

E. Əmrullayev bildirib ki, bu rəqəmin 2025-2026-cı illərdə 1600-2000, 2026-2027-ci illərdə 2500-3000, 2027-2028-ci illərdə 3500-4000-ə çatması ehtimal olunur.

Universitetdə əsas və idarəetmə heyətinin ərazisində daimi 30-40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili planlaşdırılır. Müəllimlər Şuşa şəhərində və ya Xankəndidə universitetin kampusunda yaşayacaqlar.

Universitet 3 korpus, 119 auditoriya, 2 kitabxana, 2 idman zalı, 1 yataqxanadan ibarət olacaq.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930