manera.az
manera.az

Azərbaycan filmi Sarayevo Festivalının əsas proqramında

Azərbaycan filmi Sarayevo Festivalının əsas proqramında
Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi 30-cu Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək.

MANERA.AZ xəbər verir ki, festivalın saytında yer alan məlumata görə, bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə müsabiqə proqramında ümumilikdə 54 film yarışacaq.

Bosniya və Herseqovinanın paytaxtında ənənəvi festival bu il 16–23 avqust tarixlərində keçiriləcək.

Xatırladaq ki, “Sanki yoxsan” filmi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində nümayiş olunmuşdu.

Filmin əsas qəhrəmanı Leyladır. Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəlirlər. Ertəsi gün Samir yoxa çıxır...

Rollarda Milana Həsənova, Oqtay Mehdiyev və Elşən Məmmədov iştirak edirlər.

Azərbaycan filmi Sarayevo Festivalının əsas proqramında






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031