manera.az
manera.az

Azərbaycanlı rejissorun filmi Kann festivalında

📅 26.04.2024 15:11

Azərbaycanlı rejissorun filmi Kann festivalında
Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı ekran əsəri 77-ci Kann Film Festivalında göstəriləcək.

MANERA.AZ xəbər verir ki, ekran işi festivalın qısametrajlı filmlər müsabiqəsinin proqramına salınıb.

Müsabiqəyə təqdim olunan 4420 film arasından Azərbaycan, Braziliya, Kanada, Çin, Xorvatiya, ABŞ, Fransa, Kosovo, Litva və Portuqaliya kimi 10 ölkədən 11 qısametrajlı film seçilib.

77-ci Kann Film Festivalı mayın 14-dən 25-dək davam edəcək.

Qaliblər Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qaliblərinə Qısametrajlı Film Qızıl Palma Budağı mükafatı təqdim olunacaq.

Azərbaycanlı rejissorun filmi Kann festivalında


Baxış sayı - 319 | Yüklənmə tarixi: 26.04.2024 15:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031