manera.az
manera.az

Şuşada premyera

📅 19.07.2024 15:06

Şuşada premyera
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri başa çatıb.

MANERA.AZ xəbər verir ki, poeziya bayramına iyulun 19-da Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşa ilə yekun vurulub.

Tamaşanın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları ılə yanaşı, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nigar Şabanova, xanəndələr Hüseyn Məlikov, Nüşabə Kərimli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak ediblər.

Qeyd edək ki, qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfə təşkil olunub.

Şuşada premyera
Şuşada premyera
Şuşada premyera
Şuşada premyera


Baxış sayı - 282 | Yüklənmə tarixi: 19.07.2024 15:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930