manera.az
manera.az

Şuşa Teatrında növbəti premyera

📅 05.06.2024 15:46

Şuşa Teatrında növbəti premyera
Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə sənətsevərlərin görüşünə gələcək.

MANERA.AZ xəbər verir ki, tamaşanın premyerası iyunun 9-da keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artisti Azad Məmmədovdur.

Tamaşada rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, teatrın aktyorları Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları, uşaq rollarını isə məktəblilər Şəms Cahangirzadə və Kənan Rzazadə ifa edəcəklər.

Tamaşada görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərindən, xalq musiqi nümunələrindən və eləcə də 30 ildən artıq Şuşa Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərmiş mərhum sənətkar, Əməkdar mədəniyyət işçisi tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunur.


Baxış sayı - 273 | Yüklənmə tarixi: 05.06.2024 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031