manera.az
manera.az

"Bərk cisimlər fizikası" adlı yeni dərs vəsaiti çap olunub - Foto

📅 03.07.2024 18:24

"Bərk cisimlər fizikası"  adlı yeni dərs vəsaiti çap olunub - Foto

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialın direktoru, dos. Yusif Alıyevin yeni dərs vəsaiti çapdan çıxıb.

"Bərk cisimlər fizikası" adlı dərs vəsaiti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 25 Aprel 2024-cü il tarixli iclasının qərarı ilə çapa tövsiyə edilmişdir.

Müəllifin Manera.az-a verdiyi məlumata görə, o kitabını professor Yusif Əsədov və dosent Qəhrəman Hüseynovun xatirəsinə ithaf edib. Hazırlıq prosesində o, tanınmış alimlərin, o cümlədən akademik Cavad Abdinov və professor Aydın Ələkbərovun tövsiyələrindən yararlanıb. Kitabın elmi redaktoru dosent A.O. Daşdəmirova və digər rəyçilər onun oxunaqlığının və keyfiyyətinin artırılmasında mühüm rol oynayıblar.

Qeyd edək ki, dərs vəsaitində bərk cisimlərin quruluşu, onlarda müşahidə olunan fiziki xassələr haqqında geniş məlumat verilmişdir.

Kitab bərk cisimlər fizikası və texnologiyası, kondensasiya olunmuş maddələr fizikası istiqamətləri üzrə bakalavr və magistr hazırlığı çərçivəsində fiziki və texniki ixtisasların tələbələri və doktorantlar üçün nəzərdə tutulmuşdur. Bundan başqa dərs vəsaitindən bərk cisimlər fizikası fənnini tədris edən müəllimlər və bərk cisimlər fizikası sahəsini müstəqil öyrənmək istəyən şəxslər də istifadə edə bilərlər.

Manera.az olaraq dos. Yusif Aliyevin yeni dərs vəsaitinin Azərbaycan elmi və təhsili üçün xeyirli olmasını diləyirik!..

Məhəmməd,
Manera.az


Baxış sayı - 785 | Yüklənmə tarixi: 03.07.2024 18:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031