ADPU-nun Quba filialında tədrisdə yenilik - Fotolar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında "Təhsil sistemləri və layihələrin idarə edilməsi" fənni üzrə "Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili" seminar dərsinə Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi Dr. Nihat Böyükbaş dəvət olunmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından saytımıza verilən məlumata görə, filialın müəllimi, Qazi universitetinin doktorantı Şəhla İbişova “Təhsil sistemləri və layihələrin idarə edilməsi” fənnini çox böyük üstünlüklərlə tədris edir.
Ümumiyyətlə, Şəhla İbişova fənn üzrə mövzuya uyğun olaraq Türkiyənin təhsil sahəsində çalışan alim və mütəxəssisləri dərsə dəvət edərək seminarda onların təcrübəsindən bəhs edən polemikalar yaradır.
Bu dəfə “Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili” mövzusunda keçdiyi dərsədə qonaq Türkiyə Təhsil nazirliyinin mütəxəssisi, Azərbaycanda təhsil müşaviri vəzifəsində çalışmış Dr. Nihat Büyükbaş olmuşdur.
Dr. Nihat Büyükbaş Türkiyədə həyata keçirilən müasir təhsil islahatları ilə Azərbaycanın təhsil uğurlarını müqayisəli paralelliklərlə təhlil edərək tələbələrin bu mövzu ilə əlaqali suallarını cavablandırmışdır.
Sonda fənni tədris edən müəllimə Ş. İbişova dəvəti qəbul etdiyi üçün Nihat Büyükbaşa və görüş üçün yaradılan imkana görə filial rəhbərliyinə təşəkkür etmişdir.
Qeyd edək ki, onlayn keçən dərsdə filialın direktoru dosent Yusif Alıyev, müəllimlər və tədris şöbəsinin əməkdaşları iştirak etmişdir.
Məhəmməd,
Manera.az