manera.az
manera.az

Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - Fotolar

Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - Fotolar
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Hüseyn Arifin 100 illik yubileyi keçirilib.

MANERA.AZ xəbər verir ki, yubiley tədbirində İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xalq şairinin nəvələri, yaxınları, şəhid ailələrinin üzvləri, Bakı və Gəncə şəhərlərindən, eləcə də digər bölgələrdən təşrif buyurmuş elm və sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairinin büstü və Üzeyir Hacıbəyli küçəsində ev muzeyi ziyarət olunub.

Tədbir iştirakçıları Mərkəzin foyesində şairin həyatı və yaradıcılığı haqqında kitablar, seçilmiş əsərlərindən ibarət kitab və Ağstafa Dövlət Rəsm Qalereyasının təqdim etdiyi sərgilərə baxıblar.

Tədbirdə Hüseyn Arifin nəvəsi Günel Məmmədova bildirib ki, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və Azərbaycan milli ədəbiyyatına dəyərli töhfələr verib.

Sonra şarin həyat və yaradıcılığı barədə videoreportaj nümayiş etdirilib.

Xalq Şairi Hüseyn Arifin 100 illiyi münasibəti ilə təsdiq olunmuş tədbirlər planına əsasən Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir.

Qeyd edək ki, yubiley tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - Fotolar
Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - Fotolar
Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - Fotolar
Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - Fotolar
Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - Fotolar
Ağstafada Hüseyn Arifin 100 illik yubileyi keçirildi - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031