manera.az
manera.az

Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - Fotolar

Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - Fotolar
17 iyun 2022-ci il tarixdə AYB Lənkəran Bölməsi və Cəlilabad İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində yazıçı Meyxoş Abdullahın 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli açıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Q.Cəfərli təbrik çıxışından sonra sözü Cəlilabad Şəhər İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova verib.

İcra başçısı əhatəli çıxış edib, yubilyarı təbrik edib və hər vaxt yaradıcı insanların yanında olacağını bildirib.

Sonra AYB-nin əməkdaşı şair Dayandur Sevgin Azərbaycan Yazıçılar Birliyinin rəsmi təbrikini oxuyub və yazıçının çoxşaxəli yaradıcığından söz açıb.

AYB-nin katibi yazıçı Elçin Hüseynbəyli AYB-nin sədri Xalq yazıçısı Anarın və özünün təbrikini çatdırıb.

Sonra söz digər iştirakçılara verilib. Şair və yazıçılardan Leyla Qədirzadə, Turan Cəfərzadə, Xatirə və Givi Paçxataşvililər, Qiymət Məhərrəmli, Ülkər Nicatlı, Faiq Balabəyli, Əlirza Xələfli, Ədalət Salman, Mübariz Süleymanlı, Əlirza Həsrət, Ağamir Cavad, Qurban Əhməd, Əlizaman Baxış, İqbal Nəhmət, Əfraim Hüseynov, Ələsgər Mirzəzadə, Əfsanə Soltan, Səbahət Lənkəranlı, Ruhiyyə Abbasova, Aydın Hüseynli, yazıçının müxtəlif sənət dostları, şəhid ataları, Cəlilabad rayonunun tanınmış ziyalıları , Cəlilabad İdman və Gənclər İdarəsinin sədri Elçin müəllim, Qarabağ qazisi Maşallah Əliyev, oğlanları Şamxal və Azər çıxış edərək Meyxoş Abdullahın yaradıcılıq xüsusiyyətlərindən danışıb, onun müasir nəsrimizdə özünəməxsus qələm sahibi olduğunu, səmimi yoldaş, etibarlı dost, gözəl ailə başçısı olduğunu bildiriblər, təbrik edib yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə musiqi nömrələri, muğamlar dinlənilib

Sonda söz Meyxoş Abdullaha verilib. Yubilyar tədbirin təşkilatçılarına, çıxış edənlərə, eyni zamanda, tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Tədbiri AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli yekunlaşdırıb.

Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - Fotolar
Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - Fotolar
Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - Fotolar
Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - Fotolar
Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - Fotolar
Cəlilabadda Meyxoş Abdullahın 60 illik yubileyi keçirilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031