manera.az
manera.az

Qazaxda Davud Nəsibin yubileyi keçirilib - FOTO

Qazaxda Davud Nəsibin yubileyi keçirilib - FOTO
Qazaxda görkəmli şair, publisist, tərcüməçi Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib.

MANERA.AZ tədbir Qazax şəhərinin Ədəbiyyat Muzeyində təşkil olunub.

Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının nümayəndələri, AYB-nin Qazax zona filialının sədri Barat Vüsal, Davud Nəsibin ailə üzvləri, dostları iştirak ediblər. Dəvətlilər və iştirakçılar sırasında telejurnalist Bəxtiyar Qaraca, tərcüməçi, tarixçi-alim İsmayıl Umudlu, şairlər Nəbi Xəzrinin və Məstan Günərin, yazıçı İsa Muğannanın ailə üzvləri, AYB Qazax zona filialının üzvləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, ziyalılar, media nümayəndələri də olub.

İlk olaraq, tədbir iştirakçıları Qazax şəhərinin Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları önünə güllər qoyub, onların əziz xatirəsini ehtiramla anıblar. Həmçinin, qonaqlar və iştirakçılar Fəxri Qazaxlılar parkını da ziyarət ediblər.

AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbir iştirakçılarını salamlayaraq Davud Nəsibin ömür yolundan və bənzərsiz yaradıcılığından söz açıb.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova qonaqları salamlayaraq Qazax şəhəri və burada dünyaya göz açmış ziyalılarımız haqqında danışıb.

Sonra tədbir iştirakçıları telejurnalist Bəxtiyar Qaracanın Davud Nəsib haqqında çəkdiyi “Tənha dağdağan ağacı” filminə baxıblar.

Telejurnalist Bəxtiyar Qaraca, tarixçi-alim İsmayıl Umudlu, AYB-nin Qazax zona filialının ədəbi məsləhətçi Mustafa Rasimoğlu öz çıxışlarında şair Davud Nəsiblə bağlı xatirələrini bölüşdülər.

Tədbirdə Davud Nəsibin seçilmiş şeirləri, şeirlərinə bəstələnmiş mahnıları və vətənpərvər mövzularında aşıq havaları səslənib, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Davud Nəsibə Nəriman Həsənzadə, Telman Kürsoy, Aşıq Kamandar və Barat Vüsal tərəfindən ithaf olunmuş şeirlər səsləndirilib.

Şairin övladları Xəyyam və Xəyal Nəsibovlar bütün iştirakçılara təşəkkür edib, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinə, AYB-nin Qazax zona filialının rəhbərliyinə, rayon ziyalılarına və bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz dərin minnətdarlıqlarını bildirdilər.

Qazaxda Davud Nəsibin yubileyi keçirilib - FOTO
Qazaxda Davud Nəsibin yubileyi keçirilib - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031