manera.az
manera.az

Qulu Ağsəs haqqında yeni kitab

Qulu Ağsəs haqqında yeni kitab
Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs haqqında yeni kitab çap olunub.

MANERA.AZ xəbər verir ki, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Təranə Dəmirin “Üşüyəndə özünü yandıran şair” adlı kitabı işıq üzü görüb.

Kitabda Qulu Ağsəsin yaradıcılığının və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən yeddi məqalə toplanıb.

“Üşüyəndə özünü yandıran şair”, "Qulu Ağsəs, Tanrı və söz", “Ulduz”un Qulu Ağsəs dönəmi”, “55 illik dostuma”, “Qulu Ağsəs və İlahi eşq!”, “Sözü özünə bənzəyən şair”, “Qulu Ağsəsin savaşdan çıxan şeirləri” adlı məqalələrdə müəllif Qulu Ağsəsin şeirlərinin məzmunu və bədii məziyyətləri barədə fikirlərini dolğun şəkildə ifadə edib.

Oxucu kütləsinə təqdim olunan kitabda Qulu Ağsəsin insani xüsusiyyətləri, şeirlərində olduğu qədər səmimi münasibəti və iş prinsipləri də diqqətə çatdırılıb.

Kitabın redaktoru AYB və AJB-nin üzvü Nəzirməmməd Zöhrablıdır. O, “Səmimiyyət dolu sətirlər” adlı ön sözdə "Üşüyəndə özünü yandıran şair" adlı nəşrin maraqlı tərtibatı, məqalələrin səmimiyyəti və Qulu Ağsəs yaradıcılığının yüksək keyfiyyətləri barədə söhbət açıb.

Qeyd edək ki, indiyə qədər Təranə Dəmirin "Uzaqlar", "Daş arzular", "Payız qadın", "Sıfırdan əvvəl", "Səssizliyin melodiyası", "25-ci saat" adlı şeir kitabları və "Cəhənnəmdən gələn İşıq" adlı povest və hekayələr kitabı işıq üzü görüb. "Üşüyəndə özünü yandıran şair" müəllifin sayca səkkizinci kitabıdır.

Xatırladaq ki, bundan əvvəl Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovanın Qulu Ağsəsin yaradıcılığına həsr olunnuş “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab işıq üzü görmüşdü.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728