manera.az
manera.az

Qulu Ağsəsin Təbrizdə şeir kitabı işıq üzü gördü - FOTO

📅 06.10.2022 08:10

Qulu Ağsəsin Təbrizdə şeir kitabı işıq üzü gördü - FOTO
Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin Təbrizdə “Yorğun ağacam” adlı şeirlər kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, “Nəbati və Azərturan” nəşriyyatında dərc edilən kitabı Təbrizdə yaşayan tanınmış yazar Əli Çağla çapa hazırlayıb.

Kitabda ilk olaraq müəllifin həyat və yaradıcılığına nəzər salınır. Qısa zamanda geniş oxucu marağına səbəb olan kitabın növbəti mərhələdə yenidən çapı gözlənilir. Pərakəndə satışla yanaşı, toplunu onlayn yolla da əldə etmək olacaq.

Qeyd edək ki, “Yorğun ağacam” kitabına Qulu Ağsəsin “Görsən üşüyürsən, yandır özünü”, “Nöqtələr”, “Canım-gözüm, şükür de ki”, “Xəbərin varmı - bilmirəm” kimi sevilən ədəbi nümunələri ilə birlikdə yeni şeirləri də daxil edilib.

Qulu Ağsəsin Təbrizdə şeir kitabı işıq üzü gördü - FOTO


Baxış sayı - 627 | Yüklənmə tarixi: 06.10.2022 08:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031