manera.az
manera.az

Qulu Ağsəsin yeni şeirlər kitabı çap olundu

Qulu Ağsəsin yeni şeirlər kitabı çap olundu
Tanınmış şair Qulu Ağsəsin "Görsən üşüyürsən..." adlı şeirlər kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.

..."Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım...", - deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.

Tanınmış şairin “Görsən üşüyürsən...” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng (və fərqli) mövzularda qələmə aldığı şeirlər toplanıb.
Qulu Ağsəsin yeni şeirlər kitabı çap olundu
Buna qədər – oxucu rəğbətini qazanan, poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и.” (2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb.

Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirib.

Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, “insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.

Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031