manera.az
manera.az

Yeni hərbi kolleclər yaradıldı - Qərar

📅 24.05.2024 08:44

Yeni hərbi kolleclər yaradıldı - Qərar
Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi KolleciNaxçıvan Hərbi Kolleci yaradılıb.

MANERA.AZ bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

Kollecin rəisləri Universitet rektorunun təqdimatına əsasən, müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevi Azərbaycanda 3 kollecin yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bir neçə gün əvvəl isə Baş nazir Əli Əsədovun qərarına əsasən, orta ixtisas təhsili müəssisələrində “Uçan aparatların texniki istismarı” və “Müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları yaradılıb.


Baxış sayı - 784 | Yüklənmə tarixi: 24.05.2024 08:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930