manera.az
manera.az

Bakıda qırğız Xalq yazıçısının romanı təqdim ediləcək

📅 20.05.2024 13:05

Bakıda qırğız Xalq yazıçısının romanı təqdim ediləcək
Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və “Hədəf” şirkətlər qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır.

Layihə rəhbərləri “Hədəf” şirkətlər qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.

Əsərin tərcüməçisi Aysel Oğuz, redaktoru Cavid Qədirdir.

Romanda yüz illər əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.

Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...

Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.

Giriş sərbəstdir.


Baxış sayı - 342 | Yüklənmə tarixi: 20.05.2024 13:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031