manera.az
manera.az

“Qılınc və qələm” romanı özbək dilində

📅 31.01.2024 14:47

“Qılınc və qələm” romanı özbək dilində
Tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanı özbək dilində nəşr olunub.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşrə hazırlanan “Qılınc və qələm” romanının mövzusu böyük Azərbaycan şairi dahi Nizami Gəncəvinin həyatı, yaradıcılığı, yaşadığı dövrü əhatə edir və sözügedən tarixi roman bu baxımdan Azərbaycanda olduğu kimi Özbəkistanda da böyük maraqla qarşılanmaqdadır.

“Qılınc və qələm” tarixi romanını özbək dilinə alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov tərcümə edib. Nəşrin redaktoru və nəşrə hazırlayanı özbək alimi Abdulla Ulugovdur.

Daşkənd şəhərində fəaliyyət göstərən “Niso nashriyot va matbaa uyi” poliqrafiya mərkəzində çap olunan sözügedən roman orijinaldan fərqli olaraq müasir kitabçılıq ənənələrinə uyğun olaraq bir cilddə iki hissə olmaqla nəfis şəkildə nəşr edilib.

“Qılınc və qələm” romanında bütün dövrlərdə mürəkkəb insan münasibətlərində daim möhkəm yer tutan sevgi, qısqanclıq, karyera və şöhrət hərisliyi, duyğuları parlaq rənglərə boyanmışdır.

Romanda Nizami Gəncəvi surəti mərkəzi yer tutur. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edib, xalq həyatının geniş lövhələrini yarada bilib.

Romanının yaxın günlərdə Özbəkistanın aparıcı kitabxanalarında, təhsil və elm ocaqlarında təqdimatlarının keçirilməsi də nəzərdə tutulur.


Baxış sayı - 466 | Yüklənmə tarixi: 31.01.2024 14:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031