manera.az
manera.az

Xalq yazıçısının ikicildliyi nəşr olundu

Xalq yazıçısının ikicildliyi nəşr olundu
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ikicildliyi nəşr olunub.

MANERA.AZ xəbər verir ki, roman və hekayələrdən ibarət olan “Hava məbədi” və “Günəş kələfi” kitabları yazıçının 85 illik yubileyinə “Qanun” Nəşrlər Evinin hədiyyəsidir.

Kitabların tərcüməçisi və tərtibatçısı tanınmış yazıçı Nəriman Əbdülrəhmanlıdır.

Dünya şöhrətli dramaturq, görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun çoxcəhətli yaradıcılığının mühüm sahəsini təşkil edən nəsr əsərləri, o cümlədən, bir çox ekran əsərlərinin mövzusuna çevrilmiş povestləri ədəbiyyatımızın unikal hadisələrindəndir.

Təhkiyəsinin sadəliyi, fikirlərinin yığcamlığı və kibernetik dəqiqliyi, qələmə aldığı hadisələrin sözlə vizual görüntüsünü yaratmaq, insan qəlbinin gözlə görünməyən dərinliklərinə enmək istedadı, oxucuya təqdim elədiyi bənzərsiz mühit və qeyri-adi obrazlar onun nəsrini fərqləndirən xüsusiyyətlərdir.

Rüstəm İbrahimbəyov ədəbiyyatımıza və mədəniyyətimizə 60-cı illərin əvvəllərində gəlmiş böyük yaradıcılar dəstəsinin parlaq nümayəndəsidir. O, yaradıcılığı – nəsr, kino, səhnə əsərləri ilə Azərbaycan mədəniyyətini zənginləşdirib, dünya mədəniyyətinə töhfələr verib.

R.İbrahimbəyovun nəsr əsərləri XX əsr Bakısına sözlə çəkilmiş bənzərsiz illüstrasiyaları xatırladır. F.Dostoyevskinin Sankt-Peterburqu, C.Coysun Dublini, O.Pamukun İstanbulu kimi, R.İbrahimbəyovun Bakısı da oxucuya özünəməxsus ab-havası, həyat tərzi, adət-ənənəsi, yazılmamış qanunları ilə təqdim olunur və yaddaşlarda şəhərin bütöv obrazı, mükəmməl portreti yaranır.

“Günəş kələfi” romanı və bir sıra hekayələr dilimizdə ilk dəfə nəşr olunur.

Əminik ki, ədibin hər iki kitabına daxil edilmiş əsərlər yeni nəsil Azərbaycan oxucusunun da zövqünü oxşayacaq.

Xalq yazıçısının ikicildliyi nəşr olundu Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728