manera.az
manera.az

Kənan Hacının yeni romanı çap olundu

Kənan Hacının yeni romanı çap olundu
Tanınmış yazıçı Kənan Hacının yeni kitabı çapdan çıxıb.

MANERA.AZ xəbər verir ki, “Fəna fasiləsi” romanı XIX-XX əsrlərdə məşhur Azərbaycan ziyalısı, şair, qəzəlxan Haşim bəy Saqibin ömür yolundan bəhs edir.

Əsərdə XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda və Bakıətrafı bölgələrdə baş verən hadisələr, Cümhuriyyətin qurulması, Qafqaz İslam Ordusunun Bakıya gəlişi və digər ictimai-siyasi proseslər geniş təsvir edilib. Yazıçı romanda həmçinin, Xurşudbanu Natavanın, Seyid Əzim Şirvaninin, Cabbar Qaryağdıoğlunun, Hacı Zeynəlabdin Tağıyevin və bir sıra tarixi şəxsiyyətlərin obrazını yaradıb.

Xatırladaq ki, Haşım bəy Saqib ötən əsrin əvvəllərində fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Eyni zamanda tacir və xeyriyyəçi kimi də Cümhuriyyətin qurulmasında, “Difai” təşkilatının erməni zülmünə qarşı mübarizəsində maddi dəstək göstərmişdir. Haşım bəy Saqib qüdrətli qələm sahibi kimi zəngin ədəbi irs qoyub getmişdir. Onun 700 səhifəlik “Divan”ı M. Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəfis tərtibatla çap olunmuşdur.

Haşım bəy Saqib Azərbaycan səhnəsinin və kinosunun sevilən aktrisalarından olmuş Xalq artisti Nəcibə Məlikovanın atasıdır.

“Fəna fasiləsi” Haşım bəy Saqibin ədəbiyyatımızda bədii obrazını yaratmaq baxımından ilk əsərdir. İnanırıq ki, roman geniş oxucu kütləsinin marağına səbəb olacaq.

Kitabın təqdimatı 11 sentyabr saat 11:00-da Gənclik Mall CinemaPlus VİP zalında keçiriləcək.

Qeyd edək ki, kitab Çapar Yayınları tərəfindən nəşr edilib. Naşiri Yusif İlhamoğlu, redaktoru İlhamə Dağlıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728