Arif Ərşadın romanı işıq üzü gördü
Tanınmış yazıçı, tərcüməçi Arif Ərşadın "Gecikmiş etiraf" romanı işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, yazıçının sayca beşinci kitabı olan romanın redaktoru Qadir Sultan, korrektoru yazıçı Terane Musayevadır.
"Yazıçı Arif Ərşadın "Gecikmiş etiraf" romanının əsas qəhramanları - mühəndis Şahlar və onun qızı - kitabxanaçı Şölə dəfələrlə taleyin amansız zərbələrinə tuş gəlsələr də, həyat onları zaman-zaman mürəkkəb seçim qarşısında qoysa da, onlar sarsılmır, insaniyyət, xeyirxahlıq və nəciblik hisslərini itirmirlər.
Bir ailənin, bir nəslin onilliklər boyu həyat tarixçəsini oxucuya təqdim edən yazıçı, ölkədə baş verən ictimai-siyasi hadisələrin də dialektikasını diqqətdə saxlayır.
Əsərin qəhrəmanları haqsızlıqlarla, doğmalarının dönüklüyü ilə üzləşsələr də, bütün hallarda öz həyat prinsiplərinə, yüksək əxlaqi-mənəvi dəyərlərə sona qədər sadiq qalırlar.
Romanı oxuyan oxucular qəhrəmanların taleyinə biganə qqla bilmirlər və əsər boyu özlərini hadisələrin iştirakçısı kimi hiss edirlər.
Bir çox maraqlı hekayə, povest və romanların, dünya ədıbiyyatından tərcümələrin müəllifi yazıçı Arif Ərşadın yeni "Gecikmiş etiraf" romanı da ümidvarıq ki, dəyərli oxucularımız tərəfindən layiqincə qiymətləndiriləcək.