manera.az
manera.az

Doktoranturaya sənəd qəbulu başladı

📅 16.04.2024 19:25

Doktoranturaya sənəd qəbulu başladı
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.

MANERA.AZ xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır.

Xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər.

Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

Doktoranturaya sənəd qəbulu başladı


Baxış sayı - 360 | Yüklənmə tarixi: 16.04.2024 19:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930