manera.az
manera.az

Yusif Səmədoğlu haqqında monoqrafiya işıq üzü görüb

📅 17.03.2024 16:34

Yusif Səmədoğlu haqqında monoqrafiya işıq üzü görüb
Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın sayca beşinci kitabı - “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” monoqrafiyası işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.

Monoqrafiya Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr edilib.

“Yusif Səmədoğlunun həyatı”, “Yusif Səmədoğlu yaradıcılığı və Azərbaycan nəsri”, “Yusif Səmədoğlunun hekayə yaradıcılığı”, “Yusif Səmədoğlunun romanlarında arxetipik məqamlar”, “Yusif Səmədoğlunun yaradıcılığı ədəbi tənqiddə” bölmələrindən ibarət olan monoqrafiya ədibin həyat və yaradıcılığına yeni baxışı özündə ehtiva edir.

“Sənətkarın elmi pasportu seriyası”nın 48-ci nəşri olan kitab “Xan” nəşriyyatında çap olunub, 132 səhifədən ibarətdir.

Yusif Səmədoğlu haqqında monoqrafiya işıq üzü görüb


Baxış sayı - 851 | Yüklənmə tarixi: 17.03.2024 16:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031