manera.az
manera.az

Hüseyn Cavid haqqında yeni monoqrafiya nəşr olunub

Hüseyn Cavid haqqında yeni monoqrafiya nəşr olunub
Filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin "Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası çap olunub.

MANERA.AZ xəbər verir ki, kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov, rəyçi: filologiya elmləri doktoru, professor İslam Qəribovdur. İdeya müəllifi və redaktoru Gülbəniz Babaxanlı filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdır.

Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və yaradıcılığı araşdırılır.

Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhlil edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır


Baxış sayı - 513 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930