manera.az
manera.az

"35 ildən sonra" tamaşası nümayiş olunacaq

📅 28.02.2024 13:07

"35 ildən sonra" tamaşası nümayiş olunacaq
Martın 1-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşası nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Əməkdar artist Elnur Bəhramxan, Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.

Birhissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalıq fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasından bəhs edir.

"35 ildən sonra" tamaşası nümayiş olunacaq
"35 ildən sonra" tamaşası nümayiş olunacaq


Baxış sayı - 218 | Yüklənmə tarixi: 28.02.2024 13:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031