manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar

📅 17.06.2023 08:01

Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Benqt Alforsun "İllüziyaçılar" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası təşkil olunub.

MANERA.AZ xəbər verir ki, teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan "35 ildən sonra" tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Bəhramxan və digər aktyorlar Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa ediblər.

Qeyd edək ki, bir hissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.

Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar
Gənc Tamaşaçılar Teatrında yeni premyera - Fotolar


Baxış sayı - 356 | Yüklənmə tarixi: 17.06.2023 08:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031