manera.az
manera.az

Xocalı faciəsindən bəhs edən filmin premyerası olacaq

Xocalı faciəsindən bəhs edən filmin premyerası olacaq
Xocalı faciəsindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası olacaq.

26 fev­ral 1992-ci il­də Xo­ca­lı şə­hə­ri er­mə­ni si­lah­lı bir­ləş­mə­lə­ri tə­rə­fin­dən iş­ğal olu­nanda əha­li ətrafdakı qar­lı me­şə­lə­rdə gizləniblər. İki gün or­da qal­dıq­dan son­ra böyük bir dəs­tə ilə Əs­gə­ra­nın Dəh­raz kən­di­ni Ağ­da­mın Gü­lab­lı kən­di bi­lib, hə­min tə­rə­fə üz tu­tublar və er­mə­ni­lə­rin əv­vəl­cə­dən ha­zır­la­dıq­la­rı mü­ha­si­rə­yə dü­şüb­lər. Er­mə­ni­lər on­la­rı Dəh­raz kən­din­də­ki fer­mada sax­la­dıq­ları zaman girovların arasından 13 cavan oğlanı seçib apa­rmışlar. Bu gü­nə ki­mi hə­min gənc­lə­rin sonrakı ta­le­yi haq­qın­da heç bir mə­lu­mat yoxdur.

MANERA.AZ xəbər verir ki, “13” adlı bədii-sənədli film bu faciəli hadisə haqqındadır. Filmdə əhalinin erməni silahlıları tərəfindən təqib olunması, mühasirəyə düşərək girov götürülməsi və fermada onlara verilən işgəncələr səhnələşdirilir. 13 gəncin öz doğmalarından- ata-anasından, övladlarından zorla ayrılması da filmin ən həyəcanlı anlarından olacaq. Həmin gənclərin obrazları fotoşəkillərinə oxşar aktyorlar tərəfindən canlandırılır. Əsirlikdə həmin günlərin əzabını yaşamış və bu hadisələrin şahidi olmuş insanların acı xatirələri də filmin təsirli məqamlarındandır.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Obyektiv” milli dəyərlərin təbliğinə dəstək ictimai birliyi tərəfindən hazırlanır.

Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla və operatoru Əhməd Barasovdur.

Xocalı faciəsindən bəhs edən filmin premyerası olacaq
Xocalı faciəsindən bəhs edən filmin premyerası olacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930