manera.az
manera.az

Yeni sənədli filmin təqdimatı olub

📅 21.03.2021 17:35

Yeni sənədli filmin təqdimatı olub
"Bir başqa yaz" adlı sənədli filmin təqdimatı olub.

Manera.az xəbər verir ki, "Bir başqa yaz" adlı film Vətən müharibəsindən əvvəl cəbhəyanı kəndlərdə və şəhərlərdə sakinlərin həyat tərzindən, gündəlik yaşamından bəhs edir.

Filmdə münaqişə dövründə düşmənin atəşkəsi pozması nəticəsində ən çox ziyan çəkmiş rayon və kəndlərdə - Tovuzun Dondar Quşçu, Əlibəyli kəndlərində, Tərtərdə, Goranboyun Tapqaraqoyunlu kəndində çəkilişlər aparılıb.

"Bir başqa yaz" sənədli filmində müxtəlif sahələr üzrə fəaliyyət göstərən qəhrəmanların həyatı əks olunub. Onlar Vətən müharibəsindən əvvəlki və 4 ay sonrakı həyatını danışır.

Onlardan bəziləri Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində evsiz qalıb, Prezident İlham Əliyevin sərəncamları ilə onlar üçün evlər tikilib. Filmin qəhrəmanları bu Novruz bayramını yeni evlərində, güllə səsi olmadan qeyd etdikləri üçün sevinclərini dilə gətiriblər.

Azərbaycan Televiziyasının təqdim etdiyi "Bir başqa yaz" sənədli filmi 20 mart saat 21:00-da AzTV-də yayımlanıb.


Baxış sayı - 556 | Yüklənmə tarixi: 21.03.2021 17:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031