manera.az
manera.az

“Pəri Cadu” tamaşasının premyerası olub

📅 15.02.2024 17:04

“Pəri Cadu” tamaşasının premyerası olub
Gəncə Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” tamaşasının premyerası olub.

MANERA.AZ xəbər verir ki, tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Teatrın Baş rejissoru Elşad Əhmədovun quruluş verdiyi “Pəri cadu” əsəri magik rеalist bir əsərdir. Buradakı obrazlar tapdalanmış qürurlarını təmin etmək üçün ağlasığmaz işləri çox rahatlıqla edirlər və sonda bəlalara uğrayıb məhv olurlar. Əsər nəfsinə məğlub olan Qurban, Hafizə xanım, Pəri, Səlimə kimi insanların taleyindən bəhs edir.

Baş rollarda Əməkdar artistlər-Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Ruslan Hüseynov, Emil Salmanov və Elmir Məmmədov iştirak ediblər. Tamaşanın rəssamı Mehdi Hüseynovdur.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Pəri Cadu” tamaşasının premyerası olub
“Pəri Cadu” tamaşasının premyerası olub
“Pəri Cadu” tamaşasının premyerası olub


Baxış sayı - 325 | Yüklənmə tarixi: 15.02.2024 17:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031