manera.az
manera.az

Gənc alimin özbək ədəbiyyatına həsr olunan monoqrafiyası çap olunub

📅 15.09.2023 07:13

Gənc alimin özbək ədəbiyyatına həsr olunan monoqrafiyası çap olunub
Fil.f.d., dos. Mehman Həsənlinin “XX əsrin əvvəllərində özbək ədəbiyyatında cədidizm (Əbdürrauf Fitrətin yaradıcılığı əsasında)” monoqrafiyası çap olunub.

MANERA.AZ xəbər verir ki, monoqrafiya XX əsrin əvvəllərində özbək maarifçi fikrinin formalaşmasında mühüm rol oynamış, cədidçilik hərəkatının əsas nümayəndələrindən biri olan Əbdürrauf Fitrət və onun müasirlərinə həsr edilib.

Nəsr, dramaturgiya, poeziya və publisistikada dəyərli əsərlər yazaraq təkcə özbək ədəbi fikrində deyil, ümumilikdə türk dünyasının maarifçi düşüncəsinin inkişafında müstəsna xidmətlər göstərmiş Əbdürrauf Fitrətin çoxcəhətli yaradıcılığı tədqiqat işində araşdırılıb.

Monoqrafiyada Əbdürrauf Fitrətin yaradıcılığı kontekstində özbək dramaturgiyasının və romançılığının yaranması, poeziyada və publisistikada cədid ideyalarının təbliği məsələləri tədqiq edilib.

Xatırladaq ki, kitab fil.f.d., dos. Mehman Həsənlinin 2013-cü ildə müdafiə etdiyi magistr dissertasiyanın əsasında nəşrə hazırlanıb.

Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətovadır.

Gənc alimin özbək ədəbiyyatına həsr olunan monoqrafiyası çap olunub


Baxış sayı - 555 | Yüklənmə tarixi: 15.09.2023 07:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031