manera.az
manera.az

Kimdisə dost etdi mənə kədəri.. - Yeni tərcümə

📅 22.01.2024 07:57

Kimdisə dost etdi mənə kədəri.. - Yeni tərcümə
MANERA.AZ Əməkdar artist, şair Nazir Rüstəmin tərcüməsində tanınmış şotland şairi Robert Bernsin şeirini təqdim edir:

***
Mənim ürəyimin rahatlığı yox-
Hər gün gözləyirəm elə kimisə..
Yuxusuz qaldığım gecələrim çox:
Səbəb elə odur...odur kimdisə.

Kimsə mənimlədir..məndən uzaqda..
Hardadı, axtarım, tapım mən onu,
Axtarım tufandan, qarda, sazaqda-
Mənim həsrətimin yetişsin sonu.

Ey təmiz, müqəddəs, ülvi hissləri,
Qoruyan qüvvələr, nə olarda siz.
Mənim həyatımdan silib pisləri,
Mənə saf məhəbbət göndərərdiniz.

Kimsə mənimlədi məndən o yana,
Kimdisə dost etdi mənə kədəri...
Bütün varlığımı verərdim ona,
Yalnız yaşayardım ondan ötəri.

Yanvar, 2024


Baxış sayı - 606 | Yüklənmə tarixi: 22.01.2024 07:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031