manera.az
manera.az

Yaxşı ki, başqası munisdir sizə - Svetayevanın məşhur şeiri

Yaxşı ki, başqası munisdir sizə - Svetayevanın məşhur şeiri
Manera.az Marina Svetayevanın məşhur şeirini Səyavuş Məmmədzadənin tərcüməsində təqdim edir:

Yaxşı ki, başqası munisdir sizə,
Mən isə munisəm başqa munisə.
Yaxşı ki, heç zaman bu Yer də gerçək,
Ayağın altından üzülməyəcək!

Gülməli görünmək, sərbəst davranmaq...
Sözü oynatmaq da mənimçün xoşdur.
Bir yüngül təmasdan alışıb yanmaq
Utanıb qızarmaq əbəsdir, boşdur.

Həm də mənə acıq verməyiniz var, -
Kimisə öpməyim cırnadır sizi;
Beləcə oluram mən də günahkar
Qəsdən qucursunuz başqa kənizi,
Soyuda bilirsiz qəzəbinizi...

Adım dilinizdən heç düşməsə də,
Kilsədə yan-yana səslənməyəcək,
Müqəddəs kəlamla bəzənməyəcək...
Hər halda, əzizim, sizə təşəkkür,
Biganə deyilsiz heç zaman mənə,
Söz tapa bilmirəm, mən nə deyim, nə?..

Adicə anlarda olub-keçənlər
Mənsiz gəzdiyiniz aylı gecələr,
Açılan sabahlar, doğan günəşlər
Baş tutmayan vüsal, munis görüşlər...
Əfsus ki, başqası munisdir sizə,
Əfsus ki, mən isə başqa munisə.../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031