manera.az
manera.az

Sən gülməyi unutmusan - Builki Buker mükafatçısından şeirlər

Sən gülməyi unutmusan - Builki Buker mükafatçısından şeirlər
MANERA.az David Diopun şeirlərini təqdim edir:

Əzab vaxtı

Atamı bir ağdərili öldürdü –
Qürurlu atamı…
Anamı bir ağdərili biabır etdi –
Mənim gözəl anamı…
Qardaşımı bir ağdərili –
Qüdrətli qardaşımı,
Günəşin altında arxası üstdə
Uzanmağı məcbur etdi…
Ağdərili əlini uzatdı mənə –
Qana bulaşmış əlləri ilə
Və təkəbbürlə çığırdı:
“Ey, su ver, yuyunmağa…”.


***
Sən ağlayırsan, kürəyini əyib,
Sən ölürsən, nə üçün öldüyünü bilmədən.
Özünü döyürsən, bütün gecə yatmayıb –
Başqaları istirahət etsin deyə…
Sən gülməyi unutmusan,
Qorxu və ağrı dolu gözlərinlə
Qalx və de qardaşım:
“Yox!”.

Afrika

Afrika, mənim Afrikam,
Qədim savannalarda qürurlu döyüşçülərin
Afrikası…
Afrika, nənəmin uzaq bir çayın sahilində
oxuduğu nəğmə…
Mən səni heç vaxt tanımırdım,
Ancaq damarımda axan qanımla
Çöllərə axıdılan
Qara və əsrarəngiz qanımla,
Bütünlüklə sənə aiddir:
Sonra qul əməyi ilə
Övladlarının quldarlığı ilə
Mənim varlığım…
Afrika, söylə mənə, Afrika,
Bu əyilmiş kürək,
Təhqir və alçaldılmalara məruz qalan
Hər şeyə “hə” deyən –
Bu kürək,
Sənsənmi? Söylə!
Və mənə kobud səslə deyilir:
“Mənim səbirsiz oğlum,
Uzaqda bir gənc ağac görürsən?
Ağ qurudulmuş çiçəklər arasında –
Göz qamaşdırıcı dərəcədə yalnız…
Budur Afrika, budur Afrika –
səbirlə, inadla böyüyür,
və onun meyvələri
azadlığın şirin dadını verir…

Tərcümə etdi: Tural CƏFƏRLİ
/"Ədəbiyyat qəzeti"/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930