manera.az
manera.az

Tanınmış şairdən iki söz sovqatı - FOTO

📅 10.10.2023 18:22

Tanınmış şairdən iki söz sovqatı - FOTO
Son 30 ildən bəri doğma yurd-yuvasından,-Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən ayrı düşən şair-publisist, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə 1980-ci ildən indiyə kimi xeyli sayda nəşr olunan kitablarının sevincini yaşayıb. Bu ilin iyul ayında onun iki şeir kitabı da işıq üzü görüb.

Şairin “Qanun” nəşriyyatında çap edilən “Ömür muncuq düzümüdür” adlı yeni kitabında son illərdə yazdığı 109 şeiri və “Şuşa etüdləri” adlı poeması yer alıb.
Tanınmış şairdən iki söz sovqatı - FOTO
Kitabda sərgilənən şeirlərdə və 2022-ci ilin yayında Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak edəndən sonra qələmə aldığı poemada şair oxuculara nəcib hisslər aşlamağı özünə borc bilib. Vətən sevgisi, 44 günlük İkinci Qarabağ Müharibəsində qazanılan tarixi qələbə, ana təbiətin büllur saflığı və ülvü məhəbbət notları üstə köklənən şeirlər oxucuları məmnun etmək baxımından yetərincə təsir gücünə sahibdir.


* * *
Şairin “Hər çəməndən bir çiçək” adlandırdığı kitabı isə heç şübhəsiz ki uşaqları sevindirəcəkdir. Yeri gəlmişkən, uzun illərdən bəri uşaqlar üçün də bir-birindən dəyərli şeirlər yazan müəllifin, indiyə qədər nəşr olunan kitablarından dördü,-“Bahar qönçələri”-(1997), “Payızda açan çiçək”-(2003) və “Mən atamın qızıyam”-(2014) uşaqlara yönəlik söz sovqatıdır. Bu şeirlərin bir qismi orta məktəb dərsliklərində, məktəbəqədər tərbiyə ocaqları üçün nəşr olunan müntəxəbatda, uşaq şeirləri antalogiyasında və s. dərc olunub.
Tanınmış şairdən iki söz sovqatı - FOTO
Şairin balaca oxucular üçün nəzərdə tutduğu şeirlərdən beşinə,- “Kəpənək”, “Çoban”, “Günəbaxan”, “Çəpiş” və “Mən atamın qızıyam” adlı şeirlərinə gənc bəstəkar Əfsunə Rəhbərqızı tərəfindən mahnı ömrü bəxş edilib.

Müəllifin 94 şeirinin yer aldığı və kəpənək qanadları boyda kitabı Bakı şəhərindəki “Yeni Paliqrafist” MMC nəşriyyatı tərəfindən çap edilmişdir.

Hər iki kitabı ömrünün müdrik çağlarını yaşayan şair İsmayıl İmanzadənin ümumilikdə oxucular qarşısında poetik hesabatı da adlandırmaq olar. Uğur olsun!


Baxış sayı - 602 | Yüklənmə tarixi: 10.10.2023 18:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031