manera.az
manera.az

"Ruhumuzun yaz havası” almanaxının təqdimatı keçirilib - Fotolar

"Ruhumuzun yaz havası” almanaxının təqdimatı keçirilib - Fotolar
İyunun 12-də Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə nəşr olunan “Ruhumuzun yaz havası” almanaxının təqdimat mərasimi keçirilmişdir.

Şəhərin “Qarqar” kafesinin bağlı-bağatlı həyətində keçirilən tədbirdə kitabın həmmüəllifləri, şəhərin ictimaiyyət nümayəndələri və yaxın-uzaq ellərdən gələn qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözüylə açan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə son səkkiz ildən bəri bölmənin xəttiylə işıq üzü görən dörd toplunun yerli yazarları tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, almanaxda əsərləri yer alan həmkarlarını təbrik etmiş, yeni nəşri AYB-nin XIII qurultayına yerli yazarların ədəbi hesabatı kimi dəyərləndirmişdir.

Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov kitabda yer alan şeir və hekayələrin bölmədə təmsil olunan yazarların üzə çıxması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, 44 günlük II Qarabağ Müharibəsində qazanılan tarixi Zəfərin əks-sədasını sərgiləyən bir sıra əsərlərin insanlara sevinc bəxş etdiyini qeyd eləmiş, ümumilikdə isə almanaxı bölmənin növbəti uğurlu addımı kimi dəyərləndirmişdir.

Kitabın redaktoru, tanınmış şair Elşən Əzim almanaxın araya-ərsəyə gəlməsində böyük pay sahibi olan bölmə rəhbərliyinə minnətdarlığını bildirmiş, qələm dostlarına bundan sonrakı vaxtlarda da uğurlar diləmiş, Kəlbəcərin Zülfüqarlı kəndində viran qalan ata ocağına xitabən “Atam ağac” adlı kövrək bir şeirini dilə gətirmişdir.

Rusiyanın Moskva vilayətində yaşayan və tədbirə qonaq qismində qatılan Qalib Ağayev dünyaya göz açdığı Mingəçevir şəhərindəki yazarların ədəbi yaradıcılıqlarını əks etdirən almanaxın təqdimat mərasimində iştirak etdiyindən məmnun olduğunu söyləmiş, qürbət eldə üzvü olduğu Azərbaycan icmasının önəmli fəaliyyətindən, Rusiyada yaşayan söz adamları ilə yaxın münasibətlərindən söz açmışdır.

Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri, şair-publisist Fəxrəddin Əsəd həm Mingəçevir, həm də Ağdaş bölmələrnin qarşılıqlı yaradıcılıq əlaqələrinin bölgədə yaşayan yazarların ən yaxşı əsərlərinin təbliği baxımından böyük əhəmiyyə kəsb etdiyini qeyd etmiş, almanaxda yer alan əsərlərin oxuculara nəcib hisslər aşılamaq gücündə olduğunu vurğulamışdır.

Tədbirə qatıldığından məmnun olduğunu bildirən Bakı şəhər sakini Ərəstun Hüseynovun çıxışından sonra bu ilin fevral ayının əvvəllərində dünyasını dəyişən şair Fəxrəddin Əzizin oğlu Orxan Əzizov atasına yönəlik ehtirama görə mingəçevirli yazarlara minnətdarlığını bildirməklə, çıxışının sonunda mərhum şairin bir şeirini diqqətə çatdırmışdır.

Dini Qurumlar üzrə Dövlət Komitəsinin Yevlax nümayəndəliyinin təmsilçisi Əlisa Fərəcov AYB Mingəçevir bölməsinin xəttiylə nəşr olunan almanaxın oxuculara önəmli söz töhfəsi olduğunu qeyd etmiş, yazarlara uğurlar diləmişdir.

Mingəçevir Dövlət Universitetinin müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Mehman Rəsulov “Ruhumuzun yaz havası”nda yer alan hər iki yazısının oxucular üçün dərin maraq kəsb edəcəyini əminlik hissiylə söyləmiş və bunu yaradıcılığına yönəlik ehtiram əlaməti kimi dəyərləndirmişdir.

Yerli yazarlardan Bəhman Gülövşəli, Eyyub Rəşidov, Zümrüd Rəhimova, Rəşid Rəsulov, Kəmalə Əyyubqızı və Mahir Musa almanaxda dərc olunan yazıların mahiyyətindən, bölmənin xəttiylə həyata keçirilən tədbirlərin bölgədə ədəbiyyatın təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyindən söz açmış, topluda dərc olunan əsərlərinə görə qürur hissi keçirdiklərini dilə gətirmişlər.

Sonda tədbir iştirakçılarına və yazarlara hamını məftun edən “Ruhumuzun yaz havası”nın xeyli sayda nüsxələri hədiyyə verilmiş, mərasimin ayrı-ayrı anlarını əks etdirən xatirə şəkilləri çəkilmişdir.

CABİR QƏDİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Bənövşə” jurnalının bədii redaktoru


"Ruhumuzun yaz havası” almanaxının təqdimatı keçirilib - Fotolar
"Ruhumuzun yaz havası” almanaxının təqdimatı keçirilib - Fotolar
"Ruhumuzun yaz havası” almanaxının təqdimatı keçirilib - Fotolar
"Ruhumuzun yaz havası” almanaxının təqdimatı keçirilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031