manera.az
manera.az

Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub

📅 22.05.2023 22:30

Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Rəsmiyyə Sabirin Türkiyənin paytaxtı Ankara şəhərində yeni – “Yerlə göy arasında” şeirlər kitabı nəşr olunub.

Bu barədə müəllif özü məlumat verib.

Kitab Kərkük Kültür Dərnəyinin dəstəyi ilə nəşr edilib.

Kitabın “Ön söz” yazarı və redaktoru Kərkük Kültür Dərnəyinin sədri, tanınmış yazar, jurnalist, tədqiqatçı Şəmsəddin Kuzəçidir.

Kitabda şairin Allah, Vətən, ana, torpaq, sevgi mövzularında müxtəlif illərdə qələmə aldığı şeirlər yer alır.

“Yerlə göy arasında” kitabı müəllifin sayca səkkizinci, Türkiyədə nəşr olunan ikinci kitabıdır.

Şairin 2011-ci ildə Türkiyədə “Sahilsiz adam” şeirlər kitabı da işıq üzü görüb.


Baxış sayı - 584 | Yüklənmə tarixi: 22.05.2023 22:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031