manera.az
manera.az

Tanınmış şairin gürcü dilində kitabı işıq üzü gördü

📅 03.06.2023 10:16

Tanınmış şairin gürcü dilində kitabı işıq üzü gördü
Tanınmış şair İlham Qəhrəmanın Gürcüstanda “Ulduzlu gecə” adlı gürcücə şeirlər kitabı çapdan çıxıb

MANERA.AZ xəbər verir ki, Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin nəşrə hazırladığı kitab Tbilisidəki “Merani” nəşriyyatında işıq üzü görüb.

Azərbaycanlı şairin 100-dən artıq şeirinin yer aldığı kitabda müəllif haqqında bioqrafik məlumat da verilib. Şeirləri gürcü dilinə Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli çevirib.

152 səhifəlik kitabda gürcü oxucular şairin sevgi, tale və ictimai məzmun daşıyan şeirləri ilə tanış ola biləcəklər.

İlham Qəhrəman yeni nəşr haqqında bunları deyib: “Ulduzlu gecə” xaricdə nəşr olunan 3-cü şeir kitabımdır. Bundan əvvəl 2 şeirlər kitabım qonşu İranda əski əlifbada ana dilimizdə işıq üzü görüb. Kitabı vərəqləyən gürcü oxucusu onun adında olduğu kimi şeirlərdə də həyatımızın fəlsəfəsiylə – qaranlıq və işığın həmişə bir-birini qovmasıyla assosiasiya olunduğunun şahidi olacaq.

“Ulduzlu gecə” şair dostum, Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləlinin təşəbbüsüylə tərcümə və çap olunub. Burdan ona minnətdarlığımı bildirirəm.

Ümumilikdə isə Gürcüstandakı nəşr şairin indiyə qədər çap olunan on birinci şeir kitabıdır.

“Ulduzlu gecə”nin redaktorları Allahverdi Təkləli və Qaraqaşoğlu, dizayneri isə Ömər Məmmədlidir. /teleqraf.com/

Tanınmış şairin gürcü dilində kitabı işıq üzü gördü


Baxış sayı - 601 | Yüklənmə tarixi: 03.06.2023 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031