Bağçalara yenidən qəbul başlayıb

Sentyabrın 15-i, 16:00-dan etibarən bağçalara yenidən qəbul başlayıb.
Elm və Təhsil Nazirliyindən MANERA.AZ-a verilən xəbərə görə, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.
Qeyd edək ki, 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma müvəqqəti dayandırılmışdı.