manera.az
manera.az

Bağçalara qəbul müvəqqəti dayandırılır

📅 16.09.2022 06:12

Bağçalara qəbul müvəqqəti dayandırılır
15-22 sentyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlı bq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.

Bu barədə MANERA.AZ-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, 22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.


Baxış sayı - 553 | Yüklənmə tarixi: 16.09.2022 06:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930