manera.az
manera.az

“Yuğ” teatrı yeni mövsümdə dörd tamaşa hazırlayacaq

📅 05.09.2023 14:20

“Yuğ” teatrı yeni mövsümdə dörd tamaşa hazırlayacaqAzərbaycan Dövlət “Yuğ” Teatrında məzuniyyətdən sonra kollektivlə ilk görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Mikayıl Mikayılov planlar və hazırlanması nəzərdə tutulan yeni tamaşalar haqda məlumat veriblər.

Qeyd edilib ki, sözügedən yaradıcılıq işləri Florian Zellerin "Ata" (quruluşçu rejissor Tural Mustafayev), Toyqun Orbayın "21:15 qatarı" (quruluşçu rejissor Mikayıl Mikayılov), Koki Mitaninin "Gülüş Akademiyası" (quruluşçu rejissor Gümrah Ömər) və İlqmar Vilkvistin "Qelverin gecəsi" (quruluşçu rejissor Linas Zaikauskas) əsərləri əsasında hazırlanacaq tamaşalardır. Həmçinin bu il teatrın iştirak edəcəyi Beynəlxalq Teatr Festivalları, qastrol səfərləri haqda söhbətlər edilib.

Sonda İslam Həsənov və Mikayıl Mikayılov yeni teatr mövsümünün açılışı ilə bağlı kollektivi təbrik edib və uğurlar arzulayıb.


Baxış sayı - 437 | Yüklənmə tarixi: 05.09.2023 14:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031