manera.az
manera.az

Lisey və gimnaziyalara sənəd qəbulu başlayıb

📅 07.08.2023 14:39

Lisey və gimnaziyalara sənəd qəbulu başlayıb
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənəd qəbulu başlayıb.

Bu barədə MANERA.AZ-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.


Baxış sayı - 357 | Yüklənmə tarixi: 07.08.2023 14:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930