manera.az
manera.az

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb

📅 08.07.2022 08:08

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb
2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.

Təhsil Nazirliyindən MANERA.AZ-a verilən məlumata görə, nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) şəxsi kabinetə daxil olaraq tanış olmaq mümkündür.

Valideynlər iyulun 15-dək şagirdlərin qəbul olduğu lisey, yaxud gimnaziyanı şəxsi kabinetdə videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. Həmin tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. Lisey, yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, 10499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.


Baxış sayı - 701 | Yüklənmə tarixi: 08.07.2022 08:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031