manera.az
manera.az

Qarabağ həqiqətlərindən bəhs edən film çəkilir

📅 14.07.2023 06:50

Qarabağ həqiqətlərindən bəhs edən film çəkilir
Real hadisələr əsasında Qarabağ həqiqətlərindən bəhs edən film çəkilir.

MANERA.AZ xəbər verir ki, film Kinematoqrafçılar İttifaqının üzvü, Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayev tərəfindən çəkilir.

Şəhidlərə həsr olunan filmdə kənddə yaşayan iki dostun müharibəyə getməsi, onlardan birinin şəhid olması və son nəfəsində dostundan, ölümünün anasından gizlədilməsini xahiş etməsi filmin süjet xəttini təşkil edir. Ancaq sonda sağ qalan dost, baş verən hadisəni təsirli formada şəhidin anasına hiss etdirir. Nəticədə şəhid anası bu durumu qəbul edir, ana kimi məğrur duruşunu itirmir, öz hisslərinə hakim olur və şəhidliyin uca bir zirvə olduğunu qəbul edir.

“Ana” adlandırılan ekran əsəri Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun hekayəsi əsasında ssenariləşdirilib. Filmin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, rejissoru Vüsalə Tağı, operatoru Mehdi Yaqubovdur.

Rollarda İlqar Musayev, Firəngiz Babayeva, Gülər Nəbiyeva və Mirhüseyn Yaqubov çəkilir. Filmin çəkilişləri Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağacda aparılır.


Baxış sayı - 346 | Yüklənmə tarixi: 14.07.2023 06:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930