manera.az
manera.az

Şimal bölgəsində yeni bədii film çəkilir

📅 06.09.2020 07:24

Şimal bölgəsində yeni bədii film çəkilir
Azərbaycanın səfalı guşələrindən olan Balakən-Zaqatala zonasında “Olimpiya” adlı bədii filmin çəkilişləri aparılır.

Manera.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası tərəfindən çəkilən filmə Əli- Səttar Quliyev quruluş verib.

Rejissor bildirib ki, ötən il “Mozalan” studiyasının istehsalı olan “Əlvida, Şmidt!” filmi ekranlara çıxandan sonra ssenari müəllifi Rüstəm Babazadə ilə yeni bir filmin ideyasını verdik.

Keçmiş Olimpiya mükafatçısının həyatından bəhs edən, melodram janrında olan ekran əsərinin çəkilişləri avqustda başlanıb və bir ay müddətində davam edəcək. Azərbaycanın şimal bölgəsində və paytaxt Bakıda lentə alınacaq filmdə maraqlı obrazlar və tanınmış aktyorlar rol alıb.

Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Arif Niftiyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Tərlan Babayevdir.


Baxış sayı - 835 | Yüklənmə tarixi: 06.09.2020 07:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930