manera.az
manera.az

Milli qəhrəmanlar haqda film çəkilir |MANERA.AZ

📅 19.12.2015 11:26

Milli qəhrəmanlar haqda film çəkilir |MANERA.AZ
Qazax rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "İgidlərin Beşiyi Elim Mənim" adlı layihənin həyata keçirilməsinə başlanmışdır.

Manera.az-ın məlumatına görə, layihə Qazax rayonunun işğala məruz qalmış kəndlərindən və rayonun milli qəhrəmanlarından bəhs edir.

Layihənin əsas məqsədi gənclərə vətən sevgisini aşılamaq, milli qəhrəmanlarımızın döyüş yolunun yaddaşlarda qalmasına nail olmaqdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7 ci qrant müsabiqəsinin qalibi olan "İgidlərin Beşiyi Elim Mənim" Layihəsi çərçivəsində gənclərimizə örnək olacaq milli qəhrəmanların döyüş yolunu özündə əks etdirən sənədli filmin cəkilişi nəzərdə tutulmuşdur. Film tarixi faktlara əsaslanaraq müharibənin görünməyən tərəflərini və vətənin keşiyində dayanan igidləri gənclərimizə bir daha tanıtdıracaq. Filmin ilk kadrları Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun doğulduğu evdə Ağköynək kəndində reallaşdırıldı .Qəhrəmanın ailə üzləri və yaxınları xatirələrini bölüşdülər. Daha sonra cəkilişlər Qəhrəmanın ailə üzvləri və yaxınları ilə birlikdə milli qəhrəmanın qəbrini ziyarət etməklə həyata keçirildi.

Milli qəhrəmanlar haqda film çəkilir |MANERA.AZ

Milli qəhrəmanın döyüş yoldaşları Qazax RPİ-nin rəisi polkovniki İsmayılov Zöhrab, Civişov Qayıb (sabiq polis kapitanı) , Məmmədov Çingiz (sabiq polis işçisi) və digər döyüşçülər öz müsahibələrində qəhrəman igidlərimizin döyüş xatirlərindən bəhs etdilər . Azərbaycanın cəhhə xəttində yerləşən Məzəm kəndində Mərifət Nəsibovun doğulduğu evdə baş tutan çəkilişlər xalqımızın milli ruhunun davam etdiyini və nəyin bahasına olursa olsun öz torpaqlarımızı azad etməyə hazır olduğumuzu filmin sujet xəttinə əlavə edir. Düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq milli qəhrəmanın düşmənin yüz metrliyində olan qəbrüstü abidəsi də ziyarət edilmişdir . Mərifət Nəsibovun qəhrəmanlığını döyüş yoldaşları Rəfael Adıgözəlov, Vilayət Məmmədov , Qurban Qurbanov öz müsahibələrində daha dəqiq tarixi faktlarla bildirdilər. Çəkilişlər cəbhə bölgəsində, qəhrəmanların evlərində, davam etdirilir.
Milli qəhrəmanlar haqda film çəkilir |MANERA.AZ
Layihə yerli sakinlərin dəstəyi və marağı ilə qarşılanmışdır, çəkilişlərin sonunda filmin təqdimatı baş tutacaq.


Baxış sayı - 1 680 | Yüklənmə tarixi: 19.12.2015 11:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031